Erməni soyqırımı
Osmanlı hökuməti tərəfindən əksərən Osmanlı imperiyası vətəndaşı olan etnik erməni əhalinin qətli iddiaları / From Wikipedia, the free encyclopedia
Qondarma Erməni soyqırımı[Qeyd 2][Qeyd 3] (erm. Հայոց ցեղասպանություն[Qeyd 4], translit. Hayots tseğaspanutyun; türk. Ermeni Soykırımı), Ermənilərin köçürülməsi (türk. Ermeni tehciri) və ya ermənilər arasında adətən Mets Yeğern (erm. Մեծ Եղեռն, "Böyük cinayət")[20] — Osmanlı hökuməti tərəfindən əksərən Osmanlı imperiyası vətəndaşı olan[Qeyd 1] etnik erməni əhalinin qətli iddiaları. Hadisələrin başlanğıcı olaraq, Osmanlı hökumətinin Konstantinopol (indiki İstanbul) və Anqorda (indiki Ankara) yekun nəticədə əksəri qətlə yetirilmiş 235–270 arası erməni intellektualı və icma rəhbərlərini toplaması, həbs və deportasiya etməsi tarixi olan 24 aprel 1915-ci il hesab edilir.İddialara görə, Birinci dünya müharibəsi zamanı və sonrası baş vermiş soyqırım iki mərhələrdə həyata keçirilmişdir: birinci mərhələdə əmək qabiliyyətli kişi əhali qətlə yetirilmiş, yetkinlik yaşına çatmışlar isə hərbi xidmətə aparılmış və ya məcburi əməyə sövq edilmiş, ikinci mərhələdə isə qadınlar, uşaqlar və yaşlılar Suriya səhrasına köçürülmə qərarı ilə ölüm yürüşünə çıxarılmışdır.İddiaların daha cəzbedici görünməsi məqsədilə irəli sürülən fikirlərə görə, hərbi qüvvələr tərəfindən müşahidə olunan deportasiya edilən əhali, müntəzəm olaraq soyğunçuluq, cinsi təcavüz və qırğınlara məruz qalmışdır.[21] Həmin dövrə Osmanlı imperiyası ərazisində yaşayan assuriyalılar və yunanlar da qırğınlara məruz qalmışlar ki, bəzi tarixçilər bu qırğınları da eyni soyqırım siyasətinin tərkib hissəsi hesab edirlər.[22][23] Dünyanın bir çox hissələrdində Erməni diasporu birbaşa bu soyqırım siyasətinin nəticəsi olaraq meydana gəlmişdir.[24]
Bu məqalənin neytrallığı şübhə doğurur. (iyul 2023) |
Bu məqalənin mətnini Azərbaycan dilinə uyğunlaşdırmaq lazımdır. |
Erməni soyqırımı | |
---|---|
Birinci Dünya müharibəsinin Qafqaz cəbhəsi | |
Hücum yeri |
Osmanlı imperiyası |
Hücum hədəfi | ermənilər |
Vaxt |
1914–1923 |
Hücum üsulu | Deportasiya, Soyqırım, Qətliam |
Həlak olanlar | 1.5 milyon (mübahisəli)[Qeyd 1] |
Təşkilatçılar |
Osmanlı imperiyası İttihad və Tərəqqi cəmiyyəti |
Vikianbarda əlaqəli mediafayllar |
Etnik erməni əhalisinin sistematik şəkildə və bilərəkdən məhv edilməsindən təsirlənən Rafael Lemkin, bu hadisələri ifadə etmək üçün 1943-cü ildə soyqırım ifadəsi (ing. genocide) və anlayışını ixtira etmişdir.[25] Erməni soyqırımı ən erkən müasir soyqırımlardan biri kimi qəbul edilmişdir.[26][27][28] O, Holokostdan sonra ikinci ən çox öyrənilmiş və tədqiq edilmiş soyqırımı iddiasıdır.[29]
Türkiyə hökuməti baş vermiş hadisələri ifadə etmək üçün "soyqırım" ifadəsini düzgün hesab etmir, lakin, son illərdə ölkə daxilində hadisələri bu adla qəbul etməyə daha çox çağırışlar səslənməkdədir.[30] 2019-cu ildə Amerika Birləşmiş Ştatları, Braziliya, Kanada, Fransa, Almaniya, İtaliya və Rusiya da daxil olmaqla ümumilikdə 30 ölkə və ABŞ-nin 50 ştatından 49-u[Qeyd 5] iddiaları dövlət və parlament səviyyəsində soyqırım hadisəsi olaraq qəbul etmişdir.[31]