Xaricilər
Xətib / From Wikipedia, the free encyclopedia
Xaricilər (ərəb. الخوارج əl-xəvaric; mənası – çıxıb gedənlər) — erkən İslam məzhəblərindən biri.
Dini və siyasi məsələlərdə fərqli görüşləri və fəaliyyətləri ilə tanınan firqədir. Yenə müxalifləri tərəfindən Xaricilər haqqında istifadə olunmuş bir digər isimdə " Dindən çıxmış"mənasında "məriqa"dır. Lakin Özləri isə Xaricilər özlərini "Allah və peyğəmbərinə hicrət edənlər", "Kafirlərlə hər cür münasibəti kəsənlər "mənasında istifadə edirlər. Xaricilərin bəyənib, özləri üçün istifadə etdikləri başqa bir ad isə "Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tovratda, İncildə, Quranda haqq olaraq vədd edilmiş, Cənnət müqabilində satın almışdır "ayəsi ilə əlaqəli olan şurat ismidir. Xarici sözünün mənası–çıxmaq, itaətdən çıxıb üsyan etmək deməkdir. Toplu olaraq xariciyyə və xəvaric kimi işlədilir. Firqənin adı barəsində müxtəlif fikirlər irəli sürülmüşdür. Kəndlilərinə qarşı üsyan etdikləri üçün firqənin müxalifləri xəvaric ismini “insanlardan, dindən, haqqdan və Əlidən uzaqlaşan və hakimiyyətə qarşı adlandırılaraq camaatdan çıxanlar “olaraq işlədilmişdir. Əlinin Cəməl və Sıffındə digər müsəlman qruplara qarşı savaşması, hakəm munasibəti və xaricilərlə olan mübarizəsi islam tarixçiliyində müzakirə mövzusu olmuşdur. Hakəm hadisəsi və xaricilərin ortaya çıxması belə açıqlanır. Əli ordusu içində ayrılığa yer verməmək üçün hakimə razı olmamışdı.Əmri altındakıların fikirlərini qəbul edərkən, sanki Müaviyənin xiləfətdə haqq sahibi olduğunu qəbul etmiş olurdu. Hakimlərin razılaşa biləcəklərini, dolayısı ilə Əli və Müaviyənin birləşəcəklərini və Osmanın qatilləri olduqları üçün özlərini düşünən və bu ehtimalı müzakirə edən Səbəiyyə böyük bir qorxuya düşərək, dərhal döyüş meydanından uzaqlaşmaqı, müstəqil ordu və təşkilat qurub Əli və Müaviyənin qarşısına çıxmaqı planladılar. Müaviyə onların öldürdükləri Osmanın yaxını, Əli isə Qureyşin Haşim oğulları qolundandı və hər ikisidə Osmanın qatillərini tutaraq cəzalandırmaq istəyirdilər. Ancaq bu kimsələrin. Əlinin ordusundan ayrılmalarının və savaş meydanını tərk etmələrinin görünən bir səbəbi olmalıydı. Əks halda asilər hesab edilərək cəzalandırılacaqdılar. Ona görədə özlərinin qaçmalarını dini bir səbəbə bağladılar. Daha sonraları isə Xaricilər adıyla tanınan bu asilər topluluğu, Əlidən ayrılaraq Hərurədə və Nəhavənddə toplandılar. Əlidən ayrilaraq Hərurədə toplanan bu üsyançı qrup, xəlifəni özlərinin başlanğıcda zorla qəbul etdikləri “təhkim” mövzusunda gunahlandırdılar. Xaricilər hərəkatının meydana gəlməsində əsas səbəb itaətsizlik idi.